İran raketlərini elə yönəldib ki, ABŞ-ın itkiləri minimum olsun – Amerikalı məmur

Dünya

132

İran raketlərini elə yönəldib ki, ABŞ-ın itkiləri minimum olsun – Amerikalı məmurİran ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələrini qəsdən elə yönləndirib ki, Birləşmiş Ştatların itkiləri minimum olsun.

Bu barədə “Vaşinqton Post” qəzeti ABŞ administrasiyasındakı məmura istinadla məlumat yayıb.

Məmurun sözlərinə görə, bu, iranlılara “simalarını qorumağa” imkan yaradıb və genişmiqyaslı hərbi əməliyyatların qarşısını alıb.

Yanvarın 8-də İran ABŞ-ın İraqdakı iki bazasına raket zərbələri endirib. Əməliyyat Vaşinqtonun SEPAH-ın “Qüds” briqadasının komandanı Qasım Süleymaninin öldürülməsi əməliyyatına cavab idi.