İrandan dəhşətli qəza ilə bağlı rəsmi versiya

Dünya

153

İrandan dəhşətli qəza ilə bağlı rəsmi versiyaİran hakimiyyəti Ukrayna təyyarəsinin qəzaya düşmə səbəbləri barədə ilkin hesabatını yayımlayıb.

Axar.az xəbər verir ki, hesabatda təyyarənin havalandıqdan sonra geri dönməyə cəhd etdiyi, buna görə fəlakət siqnalı vermədiyi vurğulanıb.

“Təyyarə əvvəlcə 8000 fut hündürlüyə qalxıb, bundan sonra radarlardan itib, yerlə toqquşub və alışıb. Şahidlərin (yerdəki insanlar və digər uçuş vasitələrinin ekipaj üzvləri) məlumatına əsasən, təyyarədə havada ikən yanğın başlayıb, təyyarənin yerlə toqquşmasından sonra partlayış baş verib”, – deyə İran Mülki Aviasiya Təşkilatının hesabatında bildirilib.

Təyyarənin qara qutusunun zərər gördüyü və oxunması üçün ekspertizaya təhvil verildiyi də vurğulanıb.