“ABŞ-dan qısas əməliyyatı başa çatdı” – İrandan şok qərar

Dünya

91

“ABŞ-dan qısas əməliyyatı başa çatdı” – İrandan şok qərar“İran general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisasını aldı”.

Bunu İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi deyib.

“Atdığımız addımlar Qasım Süleymaninin öldürülməsi ilə mütənasib idi. Bu qisas tamamlandı”, - iranlı diplomat bildirib.

O, ABŞ-dan təcavüz olmadığı təqdirdə İranın yeni hərbi əməliyyatlara başlamayacağını vurğulayıb.

İranın müdafiə naziri Əmir Hatəmi də ABŞ hücum edəcəyi halda Tehranın buna adekvat cavab verəcəyini söyləyib.

Yanvarın 8-nə keçən gecə İslam İnqilabı Keşikçilər Korpusu (IRGC) ABŞ-ın İraqda yerləşən Ayn əl-Əsəd və Ərbil aviabazasına raket zərbəsi endirib. Beləliklə, İran yanvarın 3-də Bağdad hava limanının yaxınlığında ABŞ-ın hücumu nəticəsində ölən Qasım Süleymaninin öldürülməsinə reaksiya verib.