SON DƏQİQƏ: İran qisas üçün HƏRƏKƏTƏ KEÇDİ - ABŞ-a qarşı 13 DƏHŞƏTLİ SSENARİ

Dünya

90

SON DƏQİQƏ: İran qisas üçün HƏRƏKƏTƏ KEÇDİ - ABŞ-a qarşı 13 DƏHŞƏTLİ SSENARİİranın Ali Milli Təhlükəsizlik Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı bölmələrinin komandanı Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsinə cavab olaraq 13 variant hazırlayıb.

TASS xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Əli Şamxani danışıb.

"Bu günə qədər Təhlükəsizlik Şurası qisas almaq üçün 13 variant təqdim etdi", - İranın “Fars” agentliyi xəbər verib.

Şamxani əlavə edib ki, 13 variantdan ən yüngülü belə ABŞ üçün tarixi kabus ola bilər.

Onun sözlərinə görə, ABŞ qüvvələri bölgəni öz istəkləri əsasında tərk etməsələr, İran onları bu işə məcbur edəcək.