Müsəlman ölkəsindən ŞOK QƏRAR: Cihad elan edib Ərdoğanı müharibəyə çağırdılar

Dünya

61

Müsəlman ölkəsindən ŞOK QƏRAR: Cihad elan edib Ərdoğanı müharibəyə çağırdılarLiviyada qanuni hökuməti devirməyə cəhd göstərən general Xəlifə Haftar Türkiyəyə qarşı cihad elan edib.

Ölkənin yerli telekenallarında canlı yayıma çıxan general səfərbərlik çağırışı səsləndirib.
Müsəlman ölkəsindən ŞOK QƏRAR: Cihad elan edib Ərdoğanı müharibəyə çağırdılar


Haftar Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğanı Liviyada vətəndaş müharibəsinin qığılcımını alovlandırmaqda ittiham edib: “Ərdoğan türk ordusunu ölümə göndərir. Osmanlı İmperatorluğunun bir hissəsi olan Liviyanı geri almağa çalışan istismarçılara qarşı mübarizə aparacağıq”.

Onun çağırışı əsasında kişilər və qadınlar, həmçinin, əsgərlər və dinc sakinlər silahla təmin olunacaq.

Qeyd edək ki, Ərdoğan Liviya Milli Hökumətinin başçısı Əl-Sərrac ilə Dənizdə Səlahiyyətlərin Məhdudlaşdırılması razılaşmasına imza atmışdı. Razılaşmada Liviyanın dəvəti ilə Türkiyənin Tripoliyə ordu göndərə biləcəyi maddəsi də yer alıb. Türkiyə Böyük Millət Məclisi bununla bağlı təklifi təsdiq edib. Məhz bu hadisə Haftarı təşvişə salıb.