“Dəli, düşünmə ki…” – Qasım Süleymaninin qızından Trampa

Dünya

83

“Dəli, düşünmə ki…” – Qasım Süleymaninin qızından TrampaTehrandan İran İslam İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds Briqadasının komadanı Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-a təhdidlər davam edir.
İran Ali Məsləhət Şurasının sədri Möhsün Rzayi və Qasım Süleymaninin qızı Zeynəb Süleymani ABŞ Prezidenti Donald Trampı hədələyib.

Rzayi Tramp və Amerika ordusundan intiqam alacaqlarını bildirib:

“Buna şübhə yoxdur, Tramp və əsgərlərindən qisas alacağıq. Əgər Tramp dediyi kimi, buna cavab versə, onda biz də Hayfa və İsrailin strateji mərkəzlərini yerlə-yeksan edəcəyik”.

Qasım Süleymaninin qızı Zeynəb də Tehranın “hədə marafonu”na qoşulub:

“Atamın şəhidliyi İsrail və ABŞ-a qaranlıq günlər yaşadacaq. Dəli Tramp atamın ölümü ilə hər şeyin başa çatdığını düşünməsin”.