Qorxunc gəlişmə: Savaş planı bəlli oldu

Dünya

73

Qorxunc gəlişmə: Savaş planı bəlli oldu“General Qasım Süleymaninin öldürülməsindən sonra Yaxın Şərqdə İran və ABŞ arasında ehtimal olunan müharibədə İngiltərə İranı sualtı raketlərlə vuracaq”.

Bu barədə İngiltərədə nəşr olunan “The Sun” qəzeti məlumat yayıb.

Nəşr İngiltərə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumatda, Londonun İrana hücum edən ilk tərəf olmaq niyyətində olmadığı, amma ABŞ-a öz donanması ilə kömək etməyə hazır olduğunu iddia edib.

İngilis ordusunun ehtimal edilən əməliyyatlara “Tomahawk” raketləri ilə gücləndirilmiş “Astute” tipli sualtı raket sistemləri ilə qatılacağı vurğulanıb. Sözügedən təklifin Baş nazir Boris Consona təqdim olunacağı bildirilib.

Nəşr, eyni zamanda, ehtiyac yaranacağı halda xüsusi təyinatlıların İraqa göndərilməyə hazır vəziyyətə gətirildiyinə də diqqət çəkib.