Almaniyadan Əsəd rejiminə: Hücumları dayandırın!

Dünya

116

Almaniyadan Əsəd rejiminə: Hücumları dayandırın!İdlibdə humanitar vəziyyət fəlakət səviyyəsindədir və daha da pisləşir.

Axar.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər naziri Heiko Maas deyib.

XİN rəhbəri bombardman nəticəsində onminlərlə dinc sakinin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib:

“Bu insanlar ağır şərtlər altında evlərindən qaçmaq məcburiyyətində qalırlar. Təcili şəkildə hücumlar dayandırılmalı və atəşkəs elan edilməlidir".

Qeyd edək ki, Əsəd rejimi İdlibi ağır bombardman altında saxlamağa davam edir.