Sizin reklam burada
Sizin reklam burada

Sensasion iddia: “Putin prezident olmayacaq” – Kremldə gizli müzakirə

Sensasion iddia: “Putin prezident olmayacaq” – Kremldə gizli müzakirə“Rusiya qanunlarına və Konstitusiyasına görə, 2024-cü ildən sonra Putin prezident ola bilməz. Lakin Rusiya prezidenti heç vaxt qanunları dəyişdirmək niyyətində olduğuna əsas vermədi. Əksinə, Konstitusiyaya ciddi əməl etdiyini vurğulayır. Tamamilə əminəm ki, o, prezident vəzifəsindən gedəcək”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov deyib.

Ekspertin fikrincə, Rusiya prezidenti postundan uzaqlaşan Vladimir Putin tamamilə siyasətdən əl çəkməyəcək: “Bu, onun Marsa uçacağı anlamına gəlmir. Təbii ki, onun siyasi sistemdə müəyyən rolu olacaq.

Bu, Putinin yerinə kimin keçəcəyi ilə bağlı maraqlı bir sual da yaradır. Fikrimcə, həmin şəxsin Putindən razılıq alacağı bəllidir. Bununla yanaşı, həmin şəxsin tədricən real gücdən uzaqlaşaraq hansı mövqe tutacağı da maraqlıdır. Lakin bunun baş verməsinə səbəb görmürəm”.

Lukyanov Rusiya prezidentinin özündən sonra siyasi sistemi situasiyaya uyğunlaşdırmaq cəhdləri haqda da danışıb. O hesab edir ki, Putin bununla bağlı heç bir addım atmayacaq:

“Məncə, heç nə etməyəcək. Hər şey yaxşı gedir. Putin dörd ildən çoxdur eyni şeyi deyir, hələ bu haqda danışmaq tezdir. Lakin hakimiyyət daxilində hansı müzakirələrin getdiyini bilmirəm. Putin qərarı vaxtından əvvəl açıqlamaması ilə məşhurdur. Əlbəttə, düşüncəsində gedəcəyi ilə bağlı müəyyən bir tarix var.

Bununla belə, Putinin getməsi sistem üçün ciddi bir imtahan olacaq. Onun ətrafında özünəxas bir sistem formalaşıb. Putin sadəcə təyinatçı və ya seçilmiş şəxs deyil, bu sistemin əsasını təşkil edir. Yəqin ki, bu, onun tarixi missiyasının əsas hissəsidir. Böyük ehtimalla məqsədi siyasi sistemin özündən sonra çoxşaxəli bir formata keçidini təmin etməkdir”.

  • Sosial şəbəkədə paylaş