İmpiçment prosesi: Konqresdə nə baş verdi? – Təfərrüat

Dünya

204

İmpiçment prosesi: Konqresdə nə baş verdi? – TəfərrüatABŞ Nümayəndələr Palatasında Donald Trampın impiçmenti ilə bağlı səsvermə iki maddə - səlahiyyətlərin aşılması və Konqresin fəaliyyətinə mane olmaq əsasında aparılıb.

Axar.az xəbər verir ki, səsvermə zamanı palatada çoxluq təşkil edən demokratlar Trampın lehinə, respublikaçılar ilə əleyhinə səs veriblər. Belə ki, birinci maddə üzrə keçirilən səsverməyə 230 konqresmen pozitiv, 197 konqresmen, o cümlədən 2 demokrat neqativ cavab verib. Bu maddə üzrə səsvermədə bitərəf qalan yeganə demokrat konqresmen Tulsi Qabbard olub.

İkinci maddə üzrə səsvermədə isə onun lehinə 229 nəfər, əleyhinə isə198 konqresmen, o cümlədən 3 demokrat səs verib.

Nümayəndələr Palatasından sonra işin baxılmasıyla Senat məşğul olacaq. Aşağı Palatada baş tutan səsvermədən sonra Senatda üstünlüyə sahib olan respublikaçı senatorlar bəyanat yayaraq, Trampın impiçmentinə səs verməyəcəklərini bəyan ediblər.

ABŞ Prezidenti Donald Tramp isə ona qarşı başladılan proseduru demokratların siyasi intiharı adlandırıb:“Siz mənim reytinqimi gördünüz? Onlar çalışırlar ki, mənə ilk gündən impiçment elan etsinlər. Onlar çalışırdılar ki, bunu mənə mübarizəni başlamazdan əvvəl etsinlər”.

Ağ Ev Trampa Senatda tam bəraət veriləcəyi ilə bağlı açıqlama yaymaqla kifayətlənib.

Qeyd edək ki, Trampa qarşı impiçment prosesi onun Ukraynaya ediləcək hərbi yardım əvəzində Ukrayna Prezidenti Vladimir Zelenskidən rəqibi Cozef Baydenin oğlunun Ukraynadakı şirkətində korrupsiya işinin yenidən gündəmə gətirilməsini istəməsi iddiaları ilə başlayıb. Demokratlar bunu Konstitusiyaya zidd addım adlandırır və Trampın belə istəklə öz səlahiyyətlərini aşdığını düşünürlər.