Sizin reklam burada
Sizin reklam burada

ABŞ-dan Rusiyaya BÖYÜK ŞOK: qəbul edildi

ABŞ-dan Rusiyaya BÖYÜK ŞOK: qəbul edildiABŞ Konqresi Senatının Xarici İşlər üzrə Komitəsi Rusiya əleyhinə böyük sanksiyalar paketini bəyənib.

"Report" xəbər verir ki, bu barədə TASS-a komitənin ictimaiyyətlə mətbuatla əlaqələr üzrə direktoru Xuan Pexon bildirib.

Qanun layihəsi xüsusi halda, ABŞ prezidenti Donald Trampın öhdəsinə Rusiyanın suveren borcuna qarşı məhdudiyyətlər tətbiq etməyi qoyur.

"Bəli, komitə bu qanun layihəsini qəbul edib", - deyə Xuan Pexon qeyd edib.Təşəbbüsü 17 senator bəyənib, 5 qanunverici sənədə qarşı çıxıb. Onlar arasında komitə sədri Ceyms Riş (Aydaho ştatından respublikaçı) də olub. Onun sözlərinə görə, Rusiya "sanksiyalara düşməyə layiqdir və bununla bağlı həqiqətən daha çox səy qoymaq lazımdır.

Ancaq respublikaçının fikrincə, bu təşəbbüsdə məhdudiyyətlər "fövqəladə dərəcədə genişdir" və "çox yayğın"dır. Riş güman edir ki, Tramp diplomatik tədbirlər kompleksini daramadağın edəcək" və gözlənilməyən nəticələrə gətirib çıxara biləcək bu qanun layihəsinə veto qoyacaq.

  • Sosial şəbəkədə paylaş