Trampı yola salmaq mümkün olmur - Pelosi narahatdır

Dünya

185

Trampı yola salmaq mümkün olmur - Pelosi narahatdırRespublikaçılar Trampla bağlı Senatda ədalətsiz proses hazırlayırlar.

Bunu ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.

“Mən Makkonelin sözlərini ədalətli saymıram. O özünü qərəzsiz hesab etmir və Ağ Evlə koordinasiyalı hərəkət edir”, – deyə o bildirib.

Qeyd edək ki, Senatda Trampın impiçmentinin təsdiqi üçün senatorların 3/2-nin (66 səs) səsinə ehtiyac var. Senatda Trampı dəstəkləyən respublikaçıların sayı 53-dür və onlar artıq impiçmentin əleyhinə səs verəcəklərini açıqlayıblar.