Trampın reytinqi yüksəldi

Dünya

85

Trampın reytinqi yüksəldiABŞ Prezidenti Donald Trampın populyarlıq reytinqi yüksək səviyyəyə çatıb.

Bu nəticə Kvinnipeks Universitetinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, Trampın fəaliyyətini respondentlərin 43%-i dəstəkləyib. 52% isə onun fəaliyyətinə qarşı çıxıb. Respublikaçılar arasında Trampı dəstəkləyənlərin sayı iştirakçıların 94%-ni təşkil edib.

Universitetin analitiki Meri Snou Trampın reytinqinin yüksəlməsinin iqtisadiyyatla bağlı olduğunu bildirib. O, seçicilərin iqtisadiyyatın gücləndiyini düşündüklərini bildirib.