Putinin ən böyük arzusu budur - Bayden

Dünya

133

Putinin ən böyük arzusu budur - BaydenRusiya Prezidenti Vladimir Putin hər şeyi edir ki, NATO-nu parçalasın və ABŞ-la AB-nin birliyini pozsun.

Axar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cozef Bayden deyib.

"Mən şəxsən Putinlə müzakirə aparmışam. Onun gözlərinə baxdım. Bu adamın böyük bir arzusu var idi, o da NATO-nu bitirib, ABŞ-ı Avropadan ayrılmağa məcbur etməkdir", - deyə o bildirib.

Bayden Donald Trampın geosiyasi problemlərdən anlayışının olmadığını deyib:

"Düşünmürəm ki, bugünkü ABŞ prezidentinin hansısa geosiyasi problem haqqında anlayışı var. O, xarici siyasət haqqında heç nə bilmir".