SON DƏQİQƏ: Rusiya ABŞ-ın təyyarəsini vurdu - FOTO

Dünya

117

SON DƏQİQƏ: Rusiya ABŞ-ın təyyarəsini vurdu - FOTORusiya Hərbi Hava Qüvvələri ABŞ-a aid Pilotsuz Uçuş Aparatını vurub.

Bunu ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) generalı Stiven Tounsend açıqlayıb.

“Röyters”ə açıqlama verən general hadisənin ötən ay Liviyanın payaxtı Tripolidə baş verdiyini deyib: “Ruslaratəş açdığı zama PUA-nın ABŞ-a aid olduğunu bilmədiyinə inanırıq. Amma indi kimə aid olduğunu, mütləq ki, bilirlər. Geri verməkdən isə imtina edirlər. Harada olduqlarını bilmədiklərinui deyirlər”.

Qeyd edək ki, AFRICOM-un mətbuat katibi Xristofer Karns PUA-nın 21 noyabrda yoxa çıxdığını açıqlamışdı.

Xatırladaq ki, Pentaqon AFRICOM-u 2007-ci ildə Afrikada mülki və hərbi əməliyyatlar təşkil etmək məqsədilə qurub.