Prezidentin oğlu tomat zavodunun açılışında - Foto

Dünya

113

Prezidentin oğlu tomat zavodunun açılışında - FotoTürkmənistanın Axal vilayətinin Göytəpə bölgəsində pomidor istilikxanasının açılışına prezidentin oğlu, vilayət hakimi (rəhbəri) Sərdar Berdiməhəmmədov da qatılıb.
Prezidentin oğlu tomat zavodunun açılışında - Foto
Mərasimdə yerli sakinlər, ictimaiyyət nümayəndələri və vilayətin digər rəhbər şəxsləri iştirak edib.

30 hektarlıq istilikxananın 10 hektarına artıq pomidor əkilib. İl ərzində 2800-3000 ton yüksək keyfiyyətli tomat istehsal edib həm daxili bazara çıxarmaq, həm də ixrac etmək nəzərdə tutulur.

İstilikxana Hollandiya, İspaniya, Danimarka və Türkiyədən gətirilmiş avadanlıqla təchiz olunub.