Casus qalmaqalı: Serbiya Rusiya siyasətini dəyişəcəkmi?

Dünya

148

Casus qalmaqalı: Serbiya Rusiya siyasətini dəyişəcəkmi?Serbiya Rusiya ilə bağlı siyasətini dəyişməyəcək.

Bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç Rusiya kəşfiyyatının iştirakı ilə yaşanan “casus qalmaqalı” ilə bağlı açıqlamasında deyib.

“Rusiyanı qardaş ölkə hesab edirik və bütün sahələrdə ən yaxşı əməkdaşlığı davam etdiririk. O cümlədən, kəşfiyyat sahəsində...” - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Serbiya nəşrlərindən biri bu ölkədəki Rusiya attaşesinin yüksək rütbəli Serbiya zabitini pul qarşılığında casusluq fəaliyyətinə cəlb etdiyi iddiasını irəli sürmüşdü. Yayılan görüntülərdə iki şəxsin ictimai yerlərdə görüşərək bir-birilərinə zərflər verdiyi bildirilmişdi.