“Putin və Tramp istəmir...” – Baydendən inanılmaz iddia

Dünya

134

“Putin və Tramp istəmir...” – Baydendən inanılmaz iddia“Rusiya Prezidenti Vladimir Putin mənim 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkisində qalib gəlməyimi istəmir”.

Bunu ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden deyib.

Bayden Amerika Prezidenti Donald Trampın da onun seçkilərə qatılmasını istəmədiyini iddia edib: “Başa düşdüyüm ilk şey Donald Tramp mənim Demokratlar Partiyasının namizədi olmağımı istəməməsidir. Bu, açıq-aydındır.

İkincisi, başa düşdüm ki, Vladimir Putin mənim prezident olmağımı istəmir. Edilməsi lazım olan şey ABŞ Konqresinin Senatında demokratik çoxluğa nail olmaq, Nümayəndələr Palatasında çoxluğu saxlamaq və Donald Trampı məğlub etməkdir”.