Bu ölkədə 140 min ev işıqsız qaldı

Dünya

103

Bu ölkədə 140 min ev işıqsız qaldıİzer departamentində 1 nəfər həlak olub

Fransanın cənub-şərqində güclü qar səbəbindən 140 min ev elektrik enerjisiz qalıb.

Bu barədə "Enedis" şirkətinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Drom, İzer və Ardeş departamentlərində 140 min ev elektrik enerjisiz qalıb. Bizim təmir briqadalarımız səfərbər edilib".

"BFMTV" telekanalı bildirilir ki, güclü qar nəticəsində İzer departamentində 1 nəfər həlak olub. (Trend)