Bunun üçün Ukraynaya ehtiyacım yoxdur - Tramp

Dünya

115

Bunun üçün Ukraynaya ehtiyacım yoxdur - Tramp2020-ci ilin noyabrında keçiriləcək seçkilərdə keçmiş vitse-prezident Co Bayden üzərində qələbə qazanmaq üçün Ukraynanın köməyinə ehtiyacım yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Yuxulu Co Bayden üzərində qələbə qazanmaq üçün Ukraynaya müraciət edək? Mən belə düşünmürəm”, - Tramp bildirib.

ABŞ Prezidenti həmçinin təcrübəsi olmadığı halda ötən seçkidə Buş, Klinton sülalələrinə və Obamanın “yaramaz qrupu”na qalib gəldiyini qeyd edib.

Xatırladaq ki, Trampın seçkidəki rəqibi Co Baydenin Ukraynadakı şirkəti haqda araşdırma aparılmasına göstəriş verməsi üçün Ukrayna lideri Zelenskiyə təzyiq etdiyi barədə qalmaqal davam edir.