Sizin reklam burada
Sizin reklam burada

Ukraynanı satdı - Rabinoviç

Ukraynanı satdı - RabinoviçXalqın Xidmətçisi Partiyası torpaq bazarının açılması qərarı ilə bütün ölkənin gözü qarşısında Ukraynanı satdı.

Bu sözləri Ukrayna Ali Radasının deputatı Vadim Rabinoviç deyib.

“Bu gün hər kəsin gözü qarşısında Ukrayna satıldı. Əgər gələcəkdə də sussaq, bu cür hal bizim və ətrafımızdakıların evlərinin də başına gələcək. İnsanlar nəticə çıxarmalı, təşvişə qapılmamalı, küçələrə çıxaraq öz fikrini bildirməlidir. Onlar bizi lağa qoyaraq Ukraynanı satırlar”, - Rabinoviç bildirib.

Xatırladaq ki, Ukraynanın Ali Radası ötən gün ilk oxunuşda kənd təsərrüfatı torpaqlarının satılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

  • Sosial şəbəkədə paylaş