Ərdoğanın bəhs etdiyi “müjdə” PKK terrorçusu Məzlum Kobanidirmi? – Açıqlama

Dünya

148

Ərdoğanın bəhs etdiyi “müjdə” PKK terrorçusu Məzlum Kobanidirmi? – AçıqlamaDünən partiyasının qrup iclasında çıxış edən Türkiyə prezidenti Ərdoğan yığıncaqdan sonra jurnalistlərin suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Ərdoğanın çıxış zamanı “Bir müjdəmiz olacaq” sözünü xatırladan jurnalist “Bu şəxs Məzlum Kobani kod adlı Fərhad Abdi Şahinmi?” sualına cavab verib:

“Niyə tələsirsən? Bu işlərin xəbəri verilərmi? Amerika xəbər verə-verəmi gəldi?

Xatırladaq ki, Ərdoğan Türkiyə parlamentinin qrup iclasında bu sözləri demişdi:

“Bəzi ölkələr milli təhlükəsizliklərinə təhlükə kimi gördükləri terrorçuları harada olur-olsun tapıb öldürürlər. Elə isə Türkiyənin də eyni haqqa sahib olduğunu qəbul edirlər deməkdir. Buna əllərini sıxdıqları, təriflər yağdırdıqları terrorçular da daxildir. İnşallah yaxında bu məsələdə millətimizə müjdələrimiz olacaq”.