Latviya onlara birbaşa vətəndaşlıq verəcək

Dünya

228

Latviya onlara birbaşa vətəndaşlıq verəcəkLatviya Prezidenti Eqils Levits ölkədə doğulan uşaqlara avtomatik olaraq ölkə vətəndaşlığının verilməsi barədə sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, vətəndaşlıq uşaqlara yalnız valideynlərinin icazəsi əsasında təqdim ediləcək.

Qeyd edək ki, Latviya Seymi bu qərarı 17 oktyabrda qəbul etmişdi.

Hazırda Latviyada 1,9 milyon nəfər yaşayır. Onların 40%-ni rusdillilər təşkil edir.