ABŞ səfiri XİN-ə dəvət edildi - İzahat istəniləcək

Dünya

116

ABŞ səfiri XİN-ə dəvət edildi - İzahat istəniləcəkABŞ-ın Ankaradakı səfiri Devid Sattetfild Türkiyə Xairici İşlər Nazirliyinə çağrılıb.

Türk mediası xəbər verir ki, səfirin XİN-ə dəvət edilməsi son zamanlar ABŞ Konqresində Türkiyə əleyhinə qəbul olunan qərarlarla bağlıdır.

Türkiyə Xarici İşlər Naziriliyinin açıqlamasında deyilir: “ABŞ Nümayəndələr Palatasının 1915-ci il hadisələri ilə bağlı tarixə və hüquqa uyğyun olmayan qərarı, habelə “Sülh çeşməsi” əməliyyatı ilə əlaqəli ölkəmizə sanksiyalar tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinə dair ABŞ-ın Ankaradakı səfiri Devid Sattetfild Xarici İşlər Nazirliyinə çağrılıb”.