Tramp Bağdadinin öldürülməsindən danışdı - 3 uşağını da partlatdı

Dünya

40

Tramp Bağdadinin öldürülməsindən danışdı - 3 uşağını da partlatdıABŞ prezidenti Donald Tramp Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü təsdiqləyib.

Tramp İdlib vilayətində keçirilən əməliyyat zamanı Bağdadinin bir çox silahdaşının da məhv edildiyini qeyd edib.

Pentaqonun Xüsusi Əməliyyatlar üzrə Birgə Komandanlığı tərəfindən etibarlı məlumatlar toplandıqdan sonra həyata keçirilən əməliyyatda ABŞ ordusunun hərbçiləri xəsarət almayıb.

"Bağdadi üzərindəki "kamikadze jileti"ni partladaraq 3 uşağını da öldürdü. ABŞ heyəti möhtəşəm idi, heç bir heyət üzvümüzü itirmədik".