Meksikada təyyarə qəzaya uğradı - Ölənlər var

Dünya

229

Meksikada təyyarə qəzaya uğradı - Ölənlər varMeksikanın paytaxtı Mexikodan qərbdə yerləşən Miçoakan ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.

Bu barədə ştatın prokurorluğu “Twitter” səhifəsində məlumat yayıb. Məlumatda prokurorluğun əməkdaşlarının Madero bələdiyyəsində, Las-Xuntas ətrafında qəzanın səbəblərini araşdırdığı bildirilir.