Sizin reklam burada
Sizin reklam burada

Çin kosmosa daha bir peykini yolladı - 2045-ci ildə...

Çin kosmosa daha bir peykini yolladı - 2045-ci ildə...Çin komsosa eksperimental rabitə peyki göndərib.
Bu barədə “Sinxua” agentliyi informasiya yayıb.

Çin Kosmik Texnologiya Akademiyasının ərsəyə gətrdiyi “Long March” (Uzun Yürüş) - 3B raketi ilə Şiçanq Peyk Göndərmə Mərkəzindən yollanan peyk çox bantlı və yüksək sürətli rabitə texnologiyalarının təcrübələrində istifadə olunacaq.

Bu səyahət “Uzun Yürüş” seriyasının 315-ci missiyasıdır.

ABŞ və Rusiyadan sonra daxil olduğu "kosmos yarışında" son dövrdəki sürətli inkişafı ilə diqqət çəkən Çin Ay, Mars və Yupiteri kəşf etmək kimi iddialı layihələri ilə 2045-ci ildə “kosmosun lideri” olmağı hədəfləyir.

  • Sosial şəbəkədə paylaş