Rusiya açıqladı: “Türkiyə və Suriyanın əməkdaşlığı üçün...” – Son dəqiqə

Dünya

60

Rusiya açıqladı: “Türkiyə və Suriyanın əməkdaşlığı üçün...” – Son dəqiqəTürkiyə-Suriya sərhədində təhlükəsizliyin təmin edilməsi üçün Rusiya iki ölkə arasında əməkdaşlığı təmin etməyə çalışacaq.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Hazırda Menbiç ətrafında Suriya hökumət qüvvələri ilə Türk Silahlı Qüvvələrinin bölmələri üz-üzə dayanıb.

Rəsmi Moskva isə bəyan edib ki, Suriyada Əsəd ordusu ilə türk ordusu arasında qarşıdurmanın baş verməməsinə çalışır.

Sergey Lavrov Suriyanın şimal-şərqindəki toqquşmalar nəticəsində İŞİD-çilərin dünyaya yayılmağa başladığını, bunun məsuliyyətinin Avropa ölkələri üzərinə düşdüyünü bəyan edib.