Sizin reklam burada
Sizin reklam burada

“Artıq kürd dövləti olmayacaq” – Bölgədə ilginc olaylar

“Artıq kürd dövləti olmayacaq” – Bölgədə ilginc olaylar“Suriya ordusunun (Bəşər Əsəd) şimal-şərq istiqamətində irəriləməsi əslində Türkiyənin ziyanına deyil”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Bəşər Əsəd ordusunun Menbiçi nəzarətə götürməsinə münasibət bildirib:

“Rusiya Əsədə imkan verməz ki, Suriya ordusu Türkiyə ordusu ilə toqquşsun. Əsas odur ki, uzun illərdən sonra Suriya ordusu kürd bölgələrinə daxil oldu və bununla Suriyada kürd dövlətinin yaradılması ideyası ortadan qaldırıldı. Vaxtilə Əsədə meydan sulayan radikal kürdlər Əsədə yalvardılar ki, onları Türkiyədən qorusun.

Türkiyənin əsas hədəflərindən biri elə Suriya ordusunun kürd bölgələrinə nəzarət etməsidir. Buna da nail olundu. O ki qaldı, Türkiyənin planlarına, sərhəd boyu 40 kilometr dərinlikdə təhlükəsizlik zolağının yaradılmasına Əsəd mane ola bilməyəcək, çünki ortada Moskvanın razılığı var.

Daha bir ortaq nəticə var: Türkiyə, Rusiya və Əsəd rejimi Amerikanın Suriyada hərbi varlığının əleyhinə idi. Buna da nail olunuldu”.

  • Sosial şəbəkədə paylaş