Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan Trampın atəşkəs təklifini RƏDD ETDİ

Ərdoğan Trampın atəşkəs təklifini RƏDD ETDİPKK/YPG sürətlə mövqelərini itirir. Hədəfimiz terrorçuların 32 kilometrlik ərazidən kənara çıxarılmasıdır.

Türkiyə KİV xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan ABŞ prezidenti Donald Tramp Türkiyəyə etdiyi atəşkəs təklifini qəbul edə bilməyəcəklərini bildirib. Prezidenti bu gün ABŞ nümayəndə heyətinin Ankaraya gələcəyini və danışıqların aparılacağını qeyd edib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo bu gün Türkiyəyə səfər edəcək. Yüksək vəzifəli qonaqlar Ərdoğanla görüşəcək. Görüşdə Suriyadakı vəziyyət, o cümlədən “Sülh çeşməsi” əməliyyatının müzakirə ediləcəyi gözlənilir.

  • Sosial şəbəkədə paylaş