Trampın başına gələn Putini də yaxaladı: Ərəbistanda şoka salan – Video

Dünya

31

Trampın başına gələn Putini də yaxaladı: Ərəbistanda şoka salan – VideoSəudiyyə Ərəbistanına gələn Rusiya Prezidenti Vladimir Putin Rusiya himnini səsləndirən səud ordusunun orkestrinin yarıtmaz performansına təəccübünü gizlədə bilməyib.

Teleqraf.com xəbər verir ki, Putin 2007-ci ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib.

Paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz tərəfindən qarşılanan Putin üçün rəsmi mərasim təşkil olunub.

Mərasimdə Səudiyyə ordusunun orkestri Rusiyanın dövlət himnini səsləndirib. Lakin orkestrin səsləndirməyə çalışdığı himnə məna verə bilməyən Vladimir Putinin təəccübü üz ifadəsinə yansıyıb.

Rusiya mediası bu anı “Ən azı cəhd etdilər” başlığıyla yayımlayıb.

Əlavə edək ki, anoloji hal 2017-ci ildə ABŞ Prezidenti Donald Trampın Ər-Riyada səfərində də yaşanmışdı.

Videonu təqdim edirik: