Marketlərdə 5 manata satılan kürülər insanı... - Ekspertdən açıqlama

Cəmiyyət

134

Marketlərdə 5 manata satılan kürülər insanı... - Ekspertdən açıqlamaAzərbaycanda 20 ilə yaxındır ki, süni kürü istehsal olunur

İnsan orqanizminə faydalı olan qidalardan ən öndə gedənlərindən biri, bəlkə də birincisi kürüdür. Kürünün tərkibində insan orqanizmi üçün gərəkli olan mikroelementlər, vitaminlər var. Qara kürü daha faydalı olduğundan,qiyməti də bahadır. Kürüdə E, A vitaminləri ilə yanaşı fosfor, dəmir, kalsium da var ki, bu da insanın zehninin güclənməsinə, enerjili olmasına səbəb olur.

Kürünün ən çox təsir etdiyi orqan gözdür. O görmə qabiliyyətinin də bərpa olmasına səbəb olur, zəifliyi aradan qaldırır.

Bu gün Azərbaycanda bir çox marketlərdə kürü satılır. Qiymətləri də keyfiyyətinə görə dəyişir. Ən ucuzu isə 4-5 manatdan başlayır.

Məhsulu əlimizə alıb baxsaq, üstündə çox kiçik hərflərə yazılmış immitasiya sözünə rast gələ bilərik. Bu, isə onun süni olmasına birbaşa işarədir.



Demək olar ki, hər gün yüzlərlə alıcı “əsl kürü” əvəzinə belə “süni kürü”lərdən alıb yeyir.

AzNews.az süni kürü istehsalına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun münasibətini öyrənib:



“Azərbaycanda 20 ilə yaxındır ki, süni kürü istehsal olunur. Həmçinin xarici ölkələrdən, Rusiyadan süni kürü gətirib qablaşdırılır. Azərbaycanı kürü ölkəsi olaraq tanıyan xaricilər elə bilirlər ki, burada kürü su qiymətinədir və aldanaraq alırlar. Azad İstehlakçılar Birliyi Azərbaycanda istehsal olan süni kürülərin üstündən nərə balıqlarının şəklini götürməyə nail ola biliblər. Lakin istehsalçı müəssisə çox kiçik hərflərlə qabın arxa tərəfində kürü olduğunu yazıb.

Xaricdən gətirilən bu kürülər müəyyən standartlara uyğun hazırlanır. Qeyd edim ki, Rusiyadan gətirilən kürülərin üzərində nərə balığının şəkli var. Biz həmin qabların üstündən də balığın şəklinin götürülməsinə çalışırıq. Çünki bu istehlakçıları aldadır və onlar həmin məhsulu əsl kürü bilib alırlar.

Onlar müəyyən standartlara uyğun hazırlanır, amma onların kürü ilə heç bir əlaqəsi yoxdu. Aromatlardan, balıq yağından, balıq dərisindən, müxtəlif qatqılardan istifadə olunaraq hazırlanlır. Kürü tanımayan adam üçün bu əsl kürü kimi bir şeydir. Əsasən süni kürülərdən şadlıq saraylarında, restoranlarda istifadə olunur. Bəzən də süni kürüni natural kürüyə qataraq satırlar. Aydındır ki, bunların qiyməti dəfələrlə fərqlənir.

Mən şəxsən 20 ilə yaxındır ki, kürü yemirəm. Hazırda Azərbaycanda kürünün bir kiloqramı 500 manatdır. Biz dünyanın çox xoşbəxt adamlarıyıq ki, 16 il öncə səmadan başımıza 7 ton kürü yağıb.

Son olaraq deyim ki, Azərbaycanda həqiqətən də süni kürü hazırlanır. İnsanlara zərəri nədir, mən onu dəqiq deyə bilmərəm. Onu deyə bilərəm ki, kürü ilə heç bir əlaqəsi yoxdur”.