Misir Mərdanovla Etibar Əliyev arasında növbəti QALMAQAL

Cəmiyyət

37

Misir Mərdanovla Etibar Əliyev arasında növbəti QALMAQALPolis kapitanı şəxsi maşını ilə Solmaz adlı I kurs tələbəsini vuraraq ölümünə səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı dünyasını dəyişən tələbənin xalası oğlu Rauf Xankişiyev sosial şəbəkədə paylaşıb.

O bildirib ki, hadisə səhər, Solmaz dərsə gedərkən baş verib. Belə ki, 17 yaşlı Solmaz səhər universitetə gedərkən yolu keçmək istəyən zaman Müşfiqabad qəsəbəsindəki Dövlət Yol Polisi Postuna tələsən polis kapitanı öz şəxsi maşını ilə onu vurub.

Məlumata görə, sürücü avtomobili yüksək sürətlə idarə etdiyindən faciə baş verib. Zərbənin gücündən Solmaz hadisə yerində dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Axar.az-a açıqlamasında qəzanı törədən sürücünün sabiq polis əməkdaşı olduğunu bildirib:

“9 oktyabr səhər saat 7:50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 21-ci kilometrində (Abşeron rayonu ərazisində) yol-nəqliyyat hadisəsi baş verib. BMV markalı 90 DH 530 nömrə nişanlı nəqliyyat vasitəsi piyada Solmaz Abdullayevanı vurub. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Hadisəni törədən şəxs sabiq polis əməkdaşıdır. O, vaxtilə daxili işlər orqanında xidmət aparıb, hazırda təqaüddədir.

Faktla bağlı hazırda araşdırma aparılır”.