“Sədərək” bağlandı? - Açıqlama

Cəmiyyət

34

“Sədərək” bağlandı? - AçıqlamaPaytaxtın Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri Axar.az-a açıqlamasında ticarət mərkəzinin mətbuat katibi Kəmallədin Qədim deyib. O bildirib ki, ticarət mərkəzi fəaliyyətini davam etdirir:

“Bura Qafqazın ən böyük ticarət mərkəzlərindən biridir və burda 40 mindən çox adam çalışır. Hazırda heç bir narazılıq yoxdur və hər kəs iş başındadır. Bəzi şəxslər tərəfindən “Sədərəy”in bağlanması barədə yayılan məlumatlar şayiədir”.

Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri “Sədərək” Ticarət Mərkəzinin bağlanması barədə məlumat paylaşırlar.