“Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması” adlı layihəsi ilə bağlı tədbirlər həya ta keçirilir

Cəmiyyət

109

“Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması” adlı layihəsi ilə bağlı tədbirlər həya ta keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Sağlam Gələcək Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması” adlı layihəsinin icrası çərçivəsində Bərdə və Ağdam rayonlarında tədbirlər həyata keçirir. Bərdə və Ağdam rayon İcra Hakimiyyəti, müvafiq bələdiyyə orqanlarının nümayəndələri tədbirlərin təşkil olunmasına fəal iştirak etmiş və tədbir iştirakçılarının müəyyən olunmasına öz dəstəyini vermişlər. Tədbirlərdə rayon icra hakimiyyətinin və bələdiyyə orqanlarının nümayəndələri iştirak etmiş və ictimai müzakirələrə qoşulmuş, qoyulmuş problemin regionlarda xüsusi əhəmiyyət daşıdığını vurğulamışlar. Tədbirlər çərçivəsində bələdiyyə seçkiləri barəsində qanunvericilik və onun yaratdığı imkanlar, bələdiyyə seçkilərinin əsasları, bələdiyyə seçkilərində qadınların fəallığının artırılması üçün vacib hesab edilən komponentlər və onların rolu, bələdiyyə seçkilərində qadınların fəallığının problemləri və problemlərin aradan qaldırılması üçün tövsiyyələr barədə tədbir iştirakçılarına məlumat verilmişdir.