“Zorakılıqdan azad həyata” adlı layihəsi icra edilir

Cəmiyyət

50

“Zorakılıqdan azad həyata” adlı layihəsi icra edilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gender Bərabərliyi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Zorakılıqdan azad həyata” adlı layihəsinin icrası çərçivəsində Bərdə rayonunda tədbirlər həyata keçirilmişdir. Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Əzizov rayon tədbirlərinin təşkili olunmasına öz dəstəyini vermişlər.Belə ki növbəti üçüncü tədbir rayonun Əsman İasmayılov adına Mirzəlibəyli kənd orta məktəbindəində keçirildi.

Tədbirin eksperti A.Nurməmmədov eyni zamanda, tədbirlər çərçivəsində məişət zorakılığı barəsində qanunvericilik və onun vətəndaşlara verdiyi imkanlar, bu sahədə beynəlxalq hüquqi aktlar və məişət zorakılığının qarşısıının alınması üzrə tətbiq edilən qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi üzrə mexanizmlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.Tədbirdə vətəndaş cəmiyyətinin fəalları və rayon sakinləri iştirak etmişlər. Məişət zorakılığının qarşısının alınması üzrə dövlətin vətəndaş qarşısında mövcud öhdəlikləri vətəndaş cəmiyyətinin fəalları ilə aparılan ictimai müzakirələrin əsasını təşkil etmişdir. Tədbirlər çərçivəsində ictimaiyyət nümayəndələrinin iştirakçıları, müəllim heyəti və əhali işirak etmişdir. Qoyulmuş problemlərin regionlarda kifayət qədər olması və həlli istiqamətində qeyri-hökumət təşkilatlarının bu sahədə əməyini yüksək qiymətləndirmişlər. Tədbir iştirakçılarının bu sahədə qarşılaşdığı problemlər və onların həlli istiqamətində tədbir iştirakçılarına tövsiyyələr verilmişdir. Tədbirin sonunda məktəbin direktoru N.Quliyev təşkilatın işçi qrupuna təşəkkürünü bildirdi və ictimai birliklərin fəaliyyətini yüksək qiymətləndirdi.