“Yoluxucu xəstəliklərlə mübarizə” İB Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ İcbari tibbi sığortanın təbliği “ adlı layihənin 3-cü tədbiri keçirildi

Cəmiyyət

51

“Yoluxucu xəstəliklərlə mübarizə” İB Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ İcbari tibbi sığortanın təbliği “ adlı layihənin 3-cü tədbiri keçirildi
“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “İcbari tibbi sığortanın təbliği” layihəsi çərçivəsində növbəti tədbirini 28 avqust 2019- cu il tarixində Ağdam rayonu Yeni İmamqulubəyli-1 qəsəbəsində məcburi köşkünlər arasında keçirdi.

Tədbirdə əsas etibarı ilə rayonun yerli QHT-ləri və qəsəbədə fəaliyyət göstərən ambulatoriyanın tibb işçiləri iştirak etdilər. Tədbiri giriş sözü ilə layihənin regional əlaqələndiricisi Şərqiyyə xanım Dadaşova açdı.O, tədbir iştirakçılarını salamladıqdan sonra sözü layihə rəhbəri Fikrət Xəlilova verdi. F.Xəlilov layihənin donoru və icraçı təşkilat haqda məlumat verdi.Və bu layihənin dövlət əhəmiyyətli olduğunu qeyd etdi.Sonra sözü layihənin eksperti Solmaz xanım Mirzəyevaya verdi. S.Mirzəyeva icbari tibbi sığortanın əhəmiyyəti və tətbiqi haqqında ətraflı danışdı.O,bildirdi ki,icbari tibbi sığortanın hər bir vətəndaşın sağlamlığına,tibb ocaqlarının inkişafına,tibb işçilərinin təkmilləşməsinə,tibbi müayinə və müalicənin əlçatanlığına və s. bu kimi şeylərə yaxşı mənada böyük təsiri olacaqdırDaha sonra iştirakçıların sualları cavablandırıldı. Sonda tədbir iştirakçılarına çay- kofe verildi. Ambulatoriyanın rəhbəri G.Abdullayeva Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinə layihənin onların ərazisində həyata keçirildiyinə görə təşəkkür etdi.

Tədbirdə 22 nəfər iştirak etdi.

“Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin mətbuat xidməti