Sizin reklam burada
Sizin reklam burada

“Zorakılıqdan azad həyata” adlı layihəsi icra edilir

“Zorakılıqdan azad həyata” adlı layihəsi icra edilir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gender Bərabərliyi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Zorakılıqdan azad həyata” adlı layihəsinin icrası çərçivəsində Bərdə rayonunda tədbirlər həyata keçirilmişdir. Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi Fəxrəddin Əzizov rayon tədbirlərinin təşkili olunmasına öz dəstəyini vermişlər. Tədbiri rayon icra nümayəndəsi F.Əzizov açdı və hamını salamladı. Layihə rəhbəri və ekspert tədbirdə mövzu haqqında ətraflı məlumat verdilər.

Tədbirdə vətəndaş cəmiyyətinin fəalları və rayon sakinləri iştirak etmişlər. Eyni zamanda, tədbirlər çərçivəsində məişət zorakılığı barəsində qanunvericilik və onun vətəndaşlara verdiyi imkanlar, bu sahədə beynəlxalq hüquqi aktlar və məişət zorakılığının qarşısıının alınması üzrə tətbiq edilən qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi üzrə mexanizmlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Məişət zorakılığının qarşısının alınması üzrə dövlətin vətəndaş qarşısında mövcud öhdəlikləri vətəndaş cəmiyyətinin fəalları ilə aparılan ictimai müzakirələrin əsasını təşkil etmişdir. Tədbirlər çərçivəsində ictimaiyyət nümayəndələrinin iştirakçıları, rayon polis şöbələrinin əməkdaşları da ictimai müzakirələrə qoşulmuş, qoyulmuş problemlərin regionlarda kifayət qədər olması və həlli istiqamətində qeyri-hökumət təşkilatlarının bu sahədə əməyini yüksək qiymətləndirmişlər. Tədbir iştirakçılarının bu sahədə qarşılaşdığı problemlər və onların həlli istiqamətində tədbir iştirakçılarına tövsiyyələr verilmişdir. Tədbirlər Bərdə rayon bələdiyyəsində və məktəblərdə təşkil olunmuşdur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş