“3 yaşlı uşaqdan QİÇS, sifilis, hepatit analizi almaqda məqsədiniz nədir ?” - Özəl klinikaların qondarma analiz paketinə pediatrdan ETİRAZ

Cəmiyyət

114

“3 yaşlı uşaqdan QİÇS, sifilis, hepatit analizi almaqda məqsədiniz nədir ?” - Özəl klinikaların qondarma analiz paketinə pediatrdan ETİRAZAzərbaycanda dövlət xəstəxanalarına güvənin azaldığı vaxtda valideynlər uşaqlarında bir xəstəlik görən kimi tez özəl klinikaya çatdırırlar. Onlar övladlarının xilası üçün hər şeyə hazır olurlar. Özəl klinikaların bir çoxu isə bundan istifadə edərək vətəndaşları aldadır. Belə ki, lazımsız analizləri xəstəyə "yükləyirlər”.

Medicina.az xəbər verir ki, artıq bir neçə klinikada belə halla rastlaşan pediatr, Bioloji Təbabət klinikasının həkimi Aytən İsmayılzadə uşaqların başına açılan analiz oyununa iradını bildirib.
Həkim qeyd edib ki, özəl klinikaların bu qondarma qaydası qarşısındakını qoyun yerinə qoymaq və sui-istifadədir.



Həkim 3 yaşlı pasiyentin valideyninin ona atdığı analiz nəticələrini görəndə şoka düşüb:

"3 yaşlı uşağın hərarəti 39,5 -ə qalxır. Uşaq özəl klinikaya aparılıb. Uşaqdan analizlər götürürlər ki, virusdan şübhələnirik. Sonra palataya keçirib, venadaxili infuziya edirlər.

Ana ilə əlaqə saxlayıb, analizin nəticələri ilə maraqlanıram. Ananın göndərdiyi testlərə baxın: 3 yaşlı uşaqda Hepatit B, C, QİÇS, sifilis, sitomeqalovirusun hər 2 forması yoxlanılıb. Müraciətim həm valideynlərə, həm özəl klinika rəhbərliyinədir.

Əziz aldanan, bundan xəbəri olmayan həmvətənlərim və insanları aldadan zaman vicdanları sızlamayan klinika başçıları.

Uşaq üçün əməliyyat paketinə daxil olan bu analizləri etməkdə məqsədiniz nədir? Uşağa sistem vurursuz ona görə? Palatada yatıb, ona görə? Deyirsiz ki, hər sistemə gələnə paket analiz edirsiz. Pul qazanmaq istəyirsiz? Qızdırma ilə gələn usağı palatada yatırıb, infuziya etmisiz, üstünə də xidmətinizin pulunu gəlin. Daha lazımsız analizlər paketini insanlara sırımayın, çaşdırmayın. 2 gündür hərarəti olan uşaqda nə axtarırsız?
Əziz valideynlər, siz də maariflənin, haqqınızı tələb edin”.