Sizin reklam burada
Sizin reklam burada

"Xətai" stansiyası bu tarixdə istismara veriləcək

"Xətai" stansiyası bu tarixdə istismara veriləcək"Xətai” metro stansiyasında eskalatorların quraşdırılması işləri tamamlanıb və hazırda sazlama işləri aparılır.

Bakupost-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, bundan başqa stansiyada texniki qurğuların yönləndirilməsi sahəsində, həmçinin tikinti quraşdırma işlərində son tamamlama işləri aparılır.

"Stansiyanın yeni görkəmi ilə avqust ayında sərnişinlərin istismarına veriləcəyi planlaşdırılır", - deyə H. Məmmədov qeyd edib.

  • Sosial şəbəkədə paylaş