Sizin reklam burada
Sizin reklam burada

Şənbə gününə olan hava proqnoz açıqlandı

Şənbə gününə olan hava proqnoz açıqlandıMayın 18-ə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbərinə görə, sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 18-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 18-19-da Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Sosial şəbəkədə paylaş