Sizin reklam burada
Sizin reklam burada

Laçın “barıt çəlləyi”: DSMF məmuru və Qarabağ əlili başçıya ittihamlar yağdırdı - Şok video

Laçın “barıt çəlləyi”: DSMF məmuru və Qarabağ əlili başçıya ittihamlar yağdırdı - Şok videoLaçın rayonu getdikcə “barıt çəlləyi”nə çevrilir. İşğal edilmiş bölgəmizin əhalisinin əksəriyyətinin məskunlaşdığı Ağcabədinin Taxtakörpü qəsəbəsində zülmə ərşə qalxmaqdadır.

Cahan.info xəbər verir ki, buna səbəb Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin fəaliyyəti, insanlara etdiyi pisliklər, qanunsuzluqlar, köçkünlərin incidilməsi, rüşvətin çiçəklənməsi, Qarabağ qazilərinə, şəhid ailələrinə laqeydlik, onlara qaba münasibət, özlərinə biznes şəbəkəsi qurmasıciddi narazılıq dalğası yaradıb. Bu dəfə A.Nəzərlidən şikayət edənlər heç də sıravi laçınlı məcburi köçkünlər deyillər.

Laçın ayağa qalxır...

Onların açıqladığı faktlar və özlərinin daşıdığı status xəbər verir ki, Laçının icra başçısı bütün qırmız xətləri keçib, hətta məmurlar, Qarabağ əlilləri də dilə gəlməkdədirlər.
Onların çıxışlarının əsas motivi ondan ibarətdir ki, prezident təcili şəkildə Laçınla bağlı araşdırmalar başlasın, A.Nəzərli vəzifəsindən kənarlaşdırılsın, rayona insanların problemləri ilə maraqlanan məmur təyin edilsin.

Əks təqdirdə bu gedişlə Laçın camaatı ayağa qalxacaq, A.Nəzərlini devirməyə vadar olacaq.

Çünki onun fəaliyyəti prezidentin bütün siyasətinə, islahatlarına ziddiyyət təşkil edir, davranışları insanların qıcıqlandırır, heysiyyatına toxunur.

İş o həddə çatıb ki, Taxtakörpü qəsəbəsində yaşayan YAP üzvü, Dövlət Sosial Müdafiə Fondunun Laçın şöbəsinin müdir müavini Arif Feyzullayev də danışmağa məcbur olub.

Onu qəzəbləndirən və narazı salan Laçında korrupsiya faktının A.Nəzərli tərəfindən ört-basdır edilməsi, yekunda özünün məhkəməyə verilərək cəzalandırılmasıdır.

DSMF məmuru dilə gəlib...

Sensasiya TV-yə geniş çıxışında DSMF sədrinin müavini sual edib ki, A.Nəzərli bu qüdrəti, arxayınlığı haradan alır.

Görün hansı vəziyyətdir ki, eyni komandada olan məmurlar A.Nəzərlidən narazılığını deməyə başlayıb.


A.Feyzullayev qeyd edib ki, dövlətçiliyə bağlı olub, xalqa xidmət edib: “Amma üzləşdiyim fakt məni prezidentə müraciət etməyə vadar elədi.

Belə ki, 2017-ci ildə, martın 15-də Laçının prokuroru Ceyhun Almasova rayonun Hacalı məktəbində 24 ildir davam edən korrupsiya barədə yazmışam.

Laçın prokuroru 25 iyunda yoxlamanın nəticəsi barədə qərar göndərdi və yazdığım faktların yalan olduğunu qeyd etdi. Halbuki, həmin məktəb 1993-cü ildən Hüseyn Səfərovun ailə obyektidir.

121 saylı seçki dairəsinin sədri olan Hüseyn Səfərov 2013-cü ilə kimi məktəbin direktoru olub, sonra həyat yoldaşı direktor işləməyə başlayıb. Heç biri nazirlik tərəfindən təsdiqlənməyib”.

DSK sədri Hüseyn Səfərovun məktəb korrupsiyası

Onun sözlərinə görə, məktəbdə müəllimlər və uşaqların adları keçir, özləri ayrı təhsil ocaqlarında oxuyurlar: “Burada cüzi uşaq təhsil alır. Hamısı başqa məktəblərdə oxuyurlar, işləyirlər.

Prokurorun stajoru Məhəmmədşah yarım saat məktəbdə olub. O, 60 uşaqdan 11 nəfər tapıb, 21 müəllimdən 4 nəfər görüb, 6 texniki işçidən 2 nəfəri peyda olub. Bu necə məktəbdir?

Sinif jurnalı, nə uşaqların, nə müəllimlərin şəxsi işi, əmək haqqı cədvəlləri araşdırılmayıb. Əmək haqqı cədvəllərində bir müəllimin imzası belə yoxdur. Maaş kartları Hüseyn Səfərovdadır. Məktəbi 3 nəfər qurtarır, ali məktəbə 11 nəfər oxuyur. Bu haradan çıxdı?

Çünki Bakıda, Gəncədə, Sumqayıtda oxuyanların adları məktəbə salınıb. Hətta tərifnamə veriblər ki, şagirdlər yüksək yerlər tuturlar”.

100 min manat mənimsəmə, Aqil Nəzərliyə ittiham

DSMF sədrinin müavini bildirib ki, H.Səfərov bu illər ərzində büdcədən 100 min manat mənimsəyib: “Prezident korrupsiyaya qarşı mübarizədən danışır, bəs bizim Laçın prokuroru niyə korrupsiyanı müdafiə elədi?

Mən Maliyyə Nazirliyinə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazmışam. Deyiblər ki, Laçının prokuroru araşdırıb, heç bir qanunsuzluq yoxdur”.

A.Feyzullayev söyləyib ki, Laçın rayon icra hakimiyyətində 6 nəfərdən ibarət humanitar şöbə var:

“Şöbə müdiri Cavanşir Yusubov mənə cavab verib ki, guya araşdırıblar, yazdıqlarım səhvdir. Mənim təhsil nazirinə 10 ərizəm olub, prezidentə yazmışam, Heydər Əliyev Fondunda olmuşam.

Nəhayət, iş məhkəməyə getdi, apelyasiya məhkəməsi onların xeyrinə qərar çıxardı, hətta Ali Məhkəməyə şikayət etmək hüququmu əlimdən aldı. Bütün bu işlərin arxasında Laçının icra başçısı Aqil Nəzərli dayanır.

Təhsil Nazirliyi deyir ki, guya Laçın təhsil şöbəsi məndən izahat alıb, səhv etdiyimiz izahatımda yazmışam. Bunların məqsədi prezidentin siyasətinə kölgə salmaqdır.

Çünki laçınlılar Naxçıvandan sonra ən çox fəallıq göstərən olublar. Buradakı qüvvələr isə deyirlər ki, prezidentə inanmayın. Bax ona görə rayon bu gündədir. İndi guya şərəf və ləyaqətini tapdalamışam, məni məhkəməyə veriblər”.

YAP-çı məmur Mərkəzi Seçki Komissiyasına da məktub yazıb. H.Səfərovun DSK sədri kimi qanun pozuntuları haqda məlumat verib.

Lakin heç bir tədbir görülməyib. Çünki A.Nəzərli özü kimi şəxsləri qorumaqla məşğuldur. Hüseyn Səfərov oliqarx-məmurdur.

A.Feyzullayev deyib ki, rayondakı vəziyyət prezidentin əleyhinədir: “Aqil Nəzərli 1 milyon abadlıq-quruculuq üçün ayrılan vəsaiti şirkətlərin adına köçürüb. Bu məsələ araşdırılmalıdır”.

“Aqil Nəzərli özünə xeyriyyə fondu yaradıb”

Cahan.info xəbər verir ki, Laçının icra başçısının özbaşınalıqlarından bəhs edən təkcə məmur deyil. Qarabağ əlilləri də prezidentdən imdad diləyirlər.

Onlardan birinini video müraciətini sizə təqdim edəcəyik. Qarabağ qazisi deyir ki, üç qardaş vətən uğrunda döyüşmüşük: “İkimiz Qarabağ əliliyik.

Aqil Nəzərli özünə xeyriyyə fondu yaradıb. Fonda ayda 30 min manat yığılır. Hansı şəhid ailəsinə, qaziyə o fondun maliyyəsi ilə köməklik edib?

Biz qəbula gedəndə kobud cavab verir, qapıdan qovur, təhqir edir. Bunun savadı təhsili yoxdur. Çünki Aqil Nəzərlini prezidentə düzgün təqdim etməyiblər”.

Qarabağ qazisi bildirib ki, Laçının ziyalıları, hörmətli oğulları var: “Muradxan Cabbarov, Ramiz Cəbrayılov kimi xalqın qayğısına qalan başçılarımız olub. Aqil Nəzərli kimi məktəb təhsili olmayan biri başımıza gətirilib, özünə pul qazanmaqla məşğuldur.

Aqil Nəzərli qardaşı Müqabil Nəzərli ilə rayonu şərik idarə edirlər. Onların “zapravka”sı, marketi, fermaları var. Bu adamlar dövlət idarəçiliyini yox, ticarəti yaxşı bilirlər.

Məni Qarabağ qazisi kimi Laçında idarə müdirləri yaxşı qəbul eləyirlər, dinləyirlər, özləri də cana doyublar, Aqil Nəzərli “qan uddurur”.

“Cənab prezident, bu adam rəhbərliyə yaramır”

Şikayətçi video çıxışında söyləyir ki, A.Nəzərli Qarabağ qazilərinə düşmən kimi baxır: “Biz ağ bayraq götürüb, kəfən geyinin Laçına üz tutduq.

Bizi getməyə qoymadılar, geri qaytardılar. Amma heç bir tədbir görülmədi ki, qaziləri niyə bu vəziyyətə salırsan.

Aqil Nəzərli əsgərlik etməyib, xidmət görsəydi, mənim qədrimi bilərdi. Cənab prezident, bu adam rəhbərliyə yaramır. Onun heç ali savadı yoxdur.

Xocalı soyqırımı günü bizi hədələdi ki, səni tutduracağam. Belə adamdan nə gözləyəsən? Onun atasının fermaları, “zapravka”ları var. Mənim hesabıma biznes qurmusan, Aqil Nəzərli...”

Doğurdan da təkcə bir məmurun və bir qazinin dedikləri kifayət edir ki, Laçın rayon icra başçısının hansı özbaşınalıqlara əl atdığını görəsən. Prezident məmurlara, başçılara tapşırır ki, xalqa xidmət edin, A.Nəzərli isə narazılığı artırır.

Bu ittihamlara təcili reaksiya verilməlidir. Söhbət adi sakindən yaxud jurnalist yazısından getmir, dövlət məmuru ilə Qarabağ əlili ittihamlar səsləndirib, məsələ yetərincə ciddi və gərgindir...

  • Sosial şəbəkədə paylaş