Prezident Xalq artistinə mənzil hədiyyə etdi

Cəmiyyət

121

Prezident Xalq artistinə mənzil hədiyyə etdiPrezident İlham Əliyev Xalq artisti Qurban İsmayılova ev hədiyyə edib.

Axşam.az xəbər verir ki, bu barədə aktyor öz video-müraciətində bildirib. O, mənzillə bağlı dövlət başçısına ərizə ilə müraciət etdiyini bildirib:

“Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Cənab Prezidentə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Q.İsmayılov buna qədər kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib.