Sizin reklam burada
Sizin reklam burada

Bu il 6300-ə yaxın mənzilə təbii qaz verilib

Bu il 6300-ə yaxın mənzilə təbii qaz verilibAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə 6 262 mənzilə təbii qaz verib.
Conflict.az bu barədə "Azəriqaz"a istinadən xəbər verir.

Bildirilib ki, "Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

  • Sosial şəbəkədə paylaş