Metrodan istifadə edənlər azalıb

Cəmiyyət

155

Metrodan istifadə edənlər azalıb2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il nəqliyyatdan istifadə edənlərin sayı 1,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, bu ilin yanvar-mart ayında nəqliyyat sektorunda 460,75 min sərnişin daşınıb. Ötən il isə bu rəqəm 454,95 min olmuşdu.

Daşınan sərnişinlərin 717,3 min nəfəri dəmir yolu, 3,9 min nəfəri dəniz, 477,7 min nəfəri hava, 55 mln. 634,2 min nəfəri metro, 403 mln. 913,6 min nəfəri avtomobil (burada 387 mln. 707 min nəfəri avtobus) ilə daşınıb.

Ötən ilin analoji dövründə metrodan istifadə edən sərnişinlərin sayı 56 mln 440 nəfər olub. Bu il isə 2018-ci ilin müvafiq dövrüylə müqayisədə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,4 faiz azalaraq 55,6 milyon nəfər olub.

Avtobusdan istifadə edən sərnişinlərin sayı isə 2018-ci ilin yanvar-mart ayı ilə müqayisədə 1,6 faiz artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəmir yolu ilə daşımalarda 16.7 faiz, dəniz ilə daşımalar 44,4 faiz və avtomobil ilə daşınan sərnişinlərin sayı 1,6 faiz artıb.

Conflict.az