Prezident 3 icra başçısını işdən çıxardı

Cəmiyyət

373

Prezident 3 icra başçısını işdən çıxardıİlham Əliyev N.N.Novruzovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Prezidentin digər sərəncamı ilə Siyəzən rayonunun icra başçısı Asif Həbib oğlu Hüseynov vəzifədən azad edilərək, Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

***

İlham Əliyevin sərəncamı ilə Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.