Diqqət: Bu dayanacaqların yeri dəyişdirildi

Cəmiyyət

303

Diqqət: Bu dayanacaqların yeri dəyişdirildiYol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerləri dəyişdirilir.
Diqqət: Bu dayanacaqların yeri dəyişdirildi
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə Mərdanov Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib. Nəticədə yolun hərəkəti buraxmaq qabiliyyəti artıb.
Diqqət: Bu dayanacaqların yeri dəyişdirildi
Məlumat üçün bildirək ki, işıqforla nizamlanan Mərdanov Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.

Həmçinin, Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi svetoforla nizamlanan yol kəsişməsində təşkil edildiyindən həmin ərazidə avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından, avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.