Biləsuvarın icra başçısının ayağında 300 minlik kəsir var... - İDDİA

Cəmiyyət

218

Biləsuvarın icra başçısının ayağında 300 minlik kəsir var... - İDDİAİlin yekunları ilə bağlı verdikləri hesabatların rayon icra hakimiyyəti başçıları üçün ciddi problem olacağını hələ əvvəlindən xəbər vermişdik. İndi isə RİH rəhbərləri arasında cidi təşvişin hökm sürdüyü, onlardan birinin isə hazırda Biləsuvara rəhbərlik edən Mahir Quliyevin olduğu haqda iddialar var. Bu barədə DİA.AZ-a sözügedən rayondakı mənbələrdən daxil olan informasiyada bildirilir.

Xəbəri verən qaynaq iddia edir ki, Mahir Quliyev də hesabatda büdrəyən başçıalrdandır. Mənbənin dia.az-a söylədikləri:

"Onun ayağında təxminən 300 min manatlıq kəsir var. Yerli maliyyə idarəsi ha çək-çevir edir, ortaya gərəkən nəyicəni çıxara bilmir. Təbii ki, bu məsələyə "yuxarılar" sakit yanaşmayacaqlar".

Xatırladaq ki, illik hesabatların həm də başçıların yenidən təftişləri üçün bir səbəb ola biləcəyini qabaqcadan xəbər vermişdik. Məlumatlı mənbə dia.az-a bildirir ki, indi bu kəsir səbəbindən Mahir Quıliyev nəinki işini itirə bilər, həm də hüquqi müstəvidə də cavab verməli olacaq.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...