GƏNCƏDƏ “DAMLA” APTEKİNDƏ ÖZBAŞINALIQ

Cəmiyyət

418

GƏNCƏDƏ “DAMLA” APTEKİNDƏ ÖZBAŞINALIQ Gəncə şəhərində mərkəzi univermaq deyilən ərazidə fəaliyyət göstərən “Damla” aptekində özbaşınalıq davam edir. Belə ki, Damla aptekin sahibi kimi özünü təqdim edən Gunel xanım FORMULA JENŞİNA adlı dərmanı 5 qat bahasına satır. Əgər bu dərmanıla bərabər retsepdəki dərmanları oradan alsan 105 manat, yox əgər dərmanı tək alsan bu zamana 150 manat ödəməli olursan.

Müraciət edən Kəlbəcər rayon sakini Bəhmən Cəbrayılovun bildirdiyinə görə FORMULA JENŞİNA adlı dərmanın yarım hissəsi ona (qutuda 120 ədəd olur) 150 manata satılıb. Buna səbəb isə retsepdə olan dərmanların kom onlardan almaması olub.

Retsepdə olan dərmanları hesablayan Günel xanım bildirib ki, 205 manat edir. Ancaq bu dərmanın qiyməti isə ayrılıqda 105 manatdır. Vətəndaş qeyd edir ki, həmin dərmanları digər aptekdən 150 manata alıb. Burdanda görünür ki, Günel adlı aptek sahibi digər dərmanlardanda 55 manat vətəndaşa artıq qiymət deyib.

FORMULA JENŞİNA adlı dərmanı digər apteklərdən tapa bilməyən vətəndaş məcburiyyət qarşısında bu dərmanı yenidən “Damla” aptekindən almalı olub. Günel xanım digər dərmanları onların aptekindən almadığına görə dərmanı 105 deyil 150 manata satıb. 150 manata satılan dərmana isə 50 manatdan 3 dəfə çek vurulub. Buna səbəb kimi isə satıcı qız bildirib ki, 150 manatı birdəfəlik vurmaq olmur. Çekdə isə dərmanın adı göstərilməyib

Adıgedən məsələ ilə bağlı aptekdə olan Vüqar Ələkbərov bildirdi ki, dərmanı almaq üçün aptekdə olub. Orada buna həmin dərmanı verməyiblər. Səbəb kimi isə bildiriblər ki, həmin dərman ancaq retsep əasında satılır və həmin dərmanı yazan həkim onların tanıdığı həkim olmalıdır. Əgər həkim tanış olmasa və retsep olmasa həmin dərman satılmır. Dərmanın qiyməti ilə bağlıda heç bir məlumat verilməyib.

Qeyd olunan dərman Gəncə şəhərində fəaliyyət göstərən digər apteklərdə satılmır. Digər apteklərdən verilən məlumata əsaən bu dərmanın satışı qadağandır və gizlin satılır.

Faktla bağlı aidiyyatı orqanlara müraciyət edəcəyik.

Mövzuya yenidən qayıdacağıq.

Xia.Az