“Qəbir yerləri satılırdı, pul tələb olunurdu...” - Komitə rəsmisi

Cəmiyyət

153

“Qəbir yerləri satılırdı, pul tələb olunurdu...” - Komitə rəsmisiAzərbaycanda təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” bu prosesdəki neqativ halların qarşısını alacaq.

Conflict.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Onun sözlərinə görə, bütün qəbir yerləri dəfni həyata keçirilənlərə nizamlı şəkildə veriləcək: "Qəbirlər sıra nömrələrinə uyğun olacaq. Bu da bu sahədə olan neqativ halları, xaosu aradan qaldıracaq. Qəbiristanlıqlarda mənfi hallar var idi ki, qəbir yerləri satılırdı, pul tələb olunurdu. Bu qaydalardan sonra isə belə halların baş verməsinin qarşısı alınacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq”